Ermənistan prezidentinin andiçmə tarixi açıqlandı

 Ermənistan prezidentinin andiçmə tarixi açıqlandı
  04 Mart 2022    Oxunub:2734
Ermənistanın beşinci prezidenti Vaaqn Xaçaturyanın inauqurasiyası parlamentin martın 13-də Karen Dəmirçyan adına İdman-Konsert Kompleksində keçiriləcək növbədənkənar sessiyası zamanı baş tutacaq. AzVision.az xəbər verir ki, bu barədə “Armenpress” məlumat yayıb.
Nəşrin məlumatına görə, kompleks prezidentin andiçmə mərasiminə hazırlaşır.

Qeyd edək ki, Xaçaturyanın namizədliyini hakim “Mülki müqavilə” partiyasının fraksiyası prezidentliyə irəli sürüb. Martın 3-də parlament ikinci turda gizli səsvermə yolu ilə Vaaqn Xaçaturyanı Ermənistan dövlətinin başçısı seçib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Azərbaycan   Rusiya  



Xəbər lenti