"YouTube" "DXR"in rəhbərinin kanalını blokladı

"YouTube" "DXR"in rəhbərinin  kanalını blokladı
  23 Fevral 2022    Oxunub:1752
"YouTube" sosial şəbəkəsi qondarma "Donetsk Xalq Respublikası"nın rəhbəri Denis Puşilinin kanalını bloklayıb.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, köhnə ünvanın səhifəsini açmaq istədikdə, hesabın “qaydaları pozduğuna görə” bloklanmasına dair yazı görünür.

Xatırladaq ki, fevralın əvvəlində "YouTube" "DXR"-in İnformasiya Nazirliyinin və Xalq Milisinin kanallarını, həmçinin "Luqansk" İnformasiya Mərkəzinin səhifəsini bloklamışdı.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti