Ərdoğan Qərbi sərt tənqid etdi: "Hər kəs sadəcə danışır"
“Hazırda Rusiya ilə liderlər çərçivəsində hələ ciddi bir görüş performansı nümayiş etdirən olmadı. Bilirsiniz, Makron Moskvaya gəldi, mənzərə ortadadır. Arxasınca Şolz gəldi, o mənzərə də ortadadır. Baydenlə bağlı “görüşür, görüşəcək” dedilər heç nə olmadı. Hadisəni dövlət və ya qurumlar nöqteyi-nəzərindən qiymətləndirsək, ortada hazırda sadəcə NATO qalır.
NATO videokonfrans formatındakı zirvə ilə mövqeyini artıq müəyyən etməli, nə edəcəksə etməlidir. Bildiyiniz kimi indiyə qədər Ukraynaya ciddi mənada bir əsgər göndərilməsi kimi vəziyyətlə qarşı-qarşıya qalmamışıq. Hər kəs sadəcə danışır, əməl isə ortada yoxdur. Belə bir vəziyyət mövcuddur.
Rusiya artıq sərhəddə ciddi hesab edilə biləcək sayda hərbçi toplayıb. Əlbəttə, bu mənzərə qarşısında nəticənin nə olacağını təxmin etmək üçün kahin olmağa gərək yoxdur. Görək təşkil olunacaq video konfransda NATO-ya üzv ölkələrin liderləri nə deyəcəklər. Biz də təbii ki, deyəcəklərimizi onların deyəcəklərinə görə müəyyən edəcək, mövqeyimizi ortaya qoyacağıq”, - deyə o bildirib.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


