Ərdoğandan İrəvana sərhəd mesajı

Ərdoğandan İrəvana sərhəd mesajı
  23 Fevral 2022    Oxunub:1621
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanla münasibətlərin normallaşmasından danışıb. AzVision.az xəbər verir ki, o Afrika səfərindən qayıdan zaman jurnalistlərə verdiyi müsahibəsində bir sıra maraqlı nüanslara toxunub.
Ərdoğanın sözlərinə görə, Ermənistan xüsusi nümayəndələrlə başlatdığı danışıqları davam etdirməkdə qərarlı olarsa, Türkiyə qapıları bağlı saxlamayacaq. O qeyd edib ki, rəsmi İrəvan Türkiyəyə qarşı daimi olaraq normal münasibətlər sərgiləyəcəyinə dair öhdəlik götürərsə, Ankara uzun illərdən sonra Ermənistanla olan sərhədləri yenidən açmaq və diplomatik münasibətləri bərpa etmək niyyətindədir.

Qeyd edək ki, keçən ay Moskvada Türkiyə və Ermənistan on ildən sonra ilk dəfə olaraq "müsbət və konstruktiv" hesab olunan məsələləri müzakirə etmişdilər. Bu danışıqlar 1993-cü ildən bəri bağlı olan sərhədlərin yenidən açılacağı və Türkiyə Ermənistan arasında diplomatik münasibətlərin yenidən qurulacağı ümidini artırdı. Danışıqların 2-ci mərhələsi cümə axşamı Vyanada baş tutacaq.

Aytən Əzimova
AzVision.az



Teqlər: Ərdoğan  



Xəbər lenti