Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları təsdiqlədi - Yenilənib
TASS agentliyinə istinadən xəbər verir ki, “DXR” və “LXR”-in “müstəqilliyi”nin tanınmasının lehinə səs verdikləri üçün onlara qarşı sanksiya tətbiq edilib.
Siyahıda adı olan fiziki şəxslər Donetsk və Luqanskda sərmayə qoyan və bu regionlara maddi dəstək verən iş adamlarıdır.
***
Avropa İttifaqı (Aİ) Rusiyanın “Donetsk və Luqansk Xalq Respublikaları” tanıması üçün sanksiyaların təsdiqlənməsi prosedurunu başa çatdırıb. Texniki prosedurun başa çatması bütün Aİ ölkələrinin yeni sanksiyalar paketini imzalaması deməkdir.
AzVision.az xəbər verir ki, bu barədə Fransanın Aİ-dəki nümayəndəsi məlumat yayıb.
"Sanksiyaların yazılı proseduru uğurla başa çatıb. Hüquqi aktlar qəbul edilib və günün sonuna kimi dərhal qüvvəyə minməsi üçün dərc olunacaq", - məlumatda deyilir.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasından sonra Rusiya Federasiyası vətəndaşlarına müraciət edərək “Donetsk və Luqansk Xalq Respublikalarının” suverenliyini tanıyıb.
AzVision.az
Teqlər: Rusiya







Vaxtında, Aydın, Lazımlı!


