Srebrenisa qurbanı Paşinyana Xocalı çağırışı etdi
Sülhə töhfə vermək məqsədilə Amra Beqiç Ermənistanın Xocalı soyqırımını etiraf etməsini vacib saydığını qeyd etdi. Bu məqsədlə o, bütün sülhsevər insanlara müraciət edərək Xocalı soyqırımının tanınması üçün Ermənistanın rəsmi nümayəndələri, ilk növbədə, Ermənistan baş naziri N.Paşinyana və sıravi ermənilərə çağırış edəcək xüsusi aksiyanın keçirilməsini təklif etdi.
"Bu çağırışlarda yazacağınız cəmi üç söz - "Xocalı: Barışıq üçün etiraf et" (Khojaly: RecognizeToReconcile) regionda sülhün bərqarar edilməsi və Xocalı qurbanları qarşısında insanlıq borcumuz baxımından atacağımız ən bəsit addımdır", - deyə ictimai xadim vurğuladı.
Qeyd edək ki, Amra Beqiç özü Srebrenisa soyqırımı zamanı ailəsini itirmişdir, kriminalistika üzrə Niderlandda təhsil alıb, Almaniyada beynəlxalq əməkdaşlıq üzrə DVV İnstitutunda çalışıb və 2005-ci ildən Srebrenisa Memorial Kompleksində fəaliyyət göstərir.
AzVision.az
Teqlər: Xocalı







Vaxtında, Aydın, Lazımlı!


