ABŞ “Şimal axını 2” əməliyyat şirkətinə qarşı sanksiyalar tətbiq edib

   ABŞ “Şimal axını 2” əməliyyat şirkətinə qarşı    sanksiyalar tətbiq edib
  24 Fevral 2022    Oxunub:1418
ABŞ Maliyyə Nazirliyi çərşənbə günü Rusiyanın “Şimal axını 2” qaz kəmərinin operatoru olan “Nord Stream 2 AG” şirkətinə və onun baş icraçı direktoru Mettias Uorniqa qarşı sanksiyalar tətbiq edib.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ Departamentinin yaydığı bəyanatda deyilir.

Bundan əlavə, ABŞ Maliyyə Nazirliyi "Nord Stream 2 AG" ilə bütün əməliyyatların 2 mart 2022-ci ilə qədər tamamlanmasını tələb edən ümumi lisenziyanı dərc edib.

ABŞ Maliyyə Nazirliyi vasitəsilə məhdudiyyətlər adətən ABŞ yurisdiksiyasında aktivlərin bloklanması və ABŞ fiziki və hüquqi şəxsləri üçün əməliyyatların qadağan edilməsi deməkdir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti