Bakı-Kiyev-Bakı marşrutu üzrə reys ləğv edildi

   Bakı-Kiyev-Bakı marşrutu üzrə reys  ləğv edildi
  24 Fevral 2022    Oxunub:1693
NOTAM (aviasiya personalı üçün beynəlxalq məlumatlandırma sistemi) məlumatına əsasən Ukraynanın hava məkanı hüdudlarında mülki təyyarələrin uçuşlarının məhdudlaşdırılması ilə əlaqədar Azərbaycanın "Buta Airways" aviaşirkəti Bakı-Kiyev-Bakı marşrutu üzrə bugünki reysini ləğv edib.
"Buta Airways"in mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, bu marşrut üzrə bilet əldə etmiş sərnişinlər onları digər tarixlərə dəyişdirə və ya cərimə tətbiq edilmədən geri qaytara bilərlər.

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti