ATƏT-in növbədənkənar iclası keçiriləcək

   ATƏT-in növbədənkənar iclası keçiriləcək
  24 Fevral 2022    Oxunub:2072
"Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) üzv dövlətlərin daimi nümayəndələri səhər saatlarında Rusiyanın Ukraynanın şərqində hərbi əməliyyatlara başlaması barədə məlumat alıblar".
AzVision.az xəbər verir ki, bu barədə TASS-ın müxbirinə qurumdakı mənbə məlumat verib.

"Daimi nümayəndələrə Rusiyanın Ukraynadakı hərəkətləri barədə məlumat verilib. Baş verənləri müzakirə etmək üçün xüsusi daimi şuranın iclası hazırlanır", - mənbə bildirib.

Aytən Zəhra
AzVision.az



Teqlər: ATƏT  



Xəbər lenti