Türkiyə XİN Ukraynadakı vətəndaşlarına müraciət elədi

   Türkiyə XİN Ukraynadakı vətəndaşlarına müraciət elədi
  24 Fevral 2022    Oxunub:1030
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Ukraynadakı vətəndaşlarına müraciət edib. AzVision.az xəbər verir ki, XİN vətəndaşları evlərini tərk etməməyə çağırıb. Ankara ölkəni tərk etmək istəyənlərə dəstək verəcəyinə söz verib.
- Hörmətli Ukraynada yaşayan vətəndaşlar! Ukraynanın hava məkanı hələ də bağlıdır. Bu mərhələdə sizdən evdə və ya təhlükəsiz yerdə qalmağınızı, səyahətdən çəkinməyinizi xahiş edirik. Ölkəni tərk etmək istəyənlərə lazımi dəstək göstəriləcək,- Türkiyənin xarici siyasət idarələrinin bəyanatında deyilir.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin bu səhər ölkə əhalisinə yenidən müraciət edib. O, müraciətində Ukraynanın Donbas ərazisində xüsusi hərbi əməliyyat keçirməklə bağlı qərar verdiyini açıqlayıb. Putin ukraynalı hərbçiləri dərhal silahlarını yerə qoymağa və evlərinə getməyə çağırıb. Onun sözlərinə görə, mövcud şərait Rusiyadan qəti addım tələb edir. Rusiya prezidenti həmçinin xarici ölkələrə müraciətlə söyləyib ki, "Kim kənardan qarışsa, elə cavab verəcəyik ki, belə cavabı tarixinizdə heç vaxt görməmisiniz. Bunun üçün artıq bütün qərarlar qəbul edilib. Biz hadisələrin istənilən inişafına hazırıq. Ümid edirəm ki, məni eşitdiniz!" Bundan başqa Odessa və Mariupola rus desantı çıxarılıb. Zelenski də Ukrayna xalqına müraciət edib. O, təcili müraciətində ölkəsinin bütün təhlükəsizliyi və müdafiə sektorunun işlək vəziyyətdə olduğunu bildirib. Ukrayna Prezidenti insanlari təşvişə düşməməyə çağırıb. “Biz güclüyük, biz qalib gələcəyik”, - deyə Volodimir Zelenski vurğulayıb.
Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti