Rusiyanın 5 təyyarəsi və 1 helikopteri vurulub

   Rusiyanın 5 təyyarəsi və 1 helikopteri vurulub
  24 Fevral 2022    Oxunub:1324
Rusiyanın hərbi qüvvələri Borispol, Ozernoy, Kulbakin, Çuquevo, Kramatorsk və Çernobaevka yerləşən aerodromlara, hərbi obyektlərinə zərbələr endirib.

AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Ordusunun Baş Qərargahı məlumat yayıb. Qeyd olunub ki, hərbçilər öz mövqelərini qoruyur.
Bildirilib ki, Rusiyanın 5 təyyarəsi və 1 helikopteri vurulub. Bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları hava hücumundan müdafiə qüvvələrinin Rusiyanın "Su-24" bombardmançı təyyarəsini vurduğunu bildirib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Ukrayna  



Xəbər lenti