Rusiyanın 12 hava limanı uçuşları dayandırdı

Rusiyanın    12 hava limanı    uçuşları dayandırdı
  24 Fevral 2022    Oxunub:990
Rusiyanın 12 hava limanı martın 2-ə qədər mülki uçuşları dayandırıb.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Federal Aviasiya Agentliyi məlumat yayıb. Bildirilib ki, fevralın 24-dən martın 2-dək Rusiyanın cənubundakı Rostov, Krasnodar, Anapa, Qelenjik, Elista, Stavropol, Belqorod, Bryansk, Orel, Kursk, Voronej, Simferopol hava limanlarının uçuşlara qapadıldığını açıqlayıb.

Həmçinin Moskva aeorportunda 200-dn çox uçuş ya gecikib, ya da ləğv edilib

Aytən Zəhra
AzVision.az



Teqlər: Rusiya   Havalimanı  



Xəbər lenti