Polşa Rusiya və Belarusla sərhədlərini bağlaya bilər

Polşa Rusiya və Belarusla sərhədlərini bağlaya bilər
  24 Fevral 2022    Oxunub:1199
Polşa hakimiyyəti Rusiya və Belarusla sərhədlərin bağlanma ehtimalını istisna etmir.
AzVision.az xəbər verir ki, bu barədə Polşanın daxili işlər və administrasiya naziri Mariuş Kaminski bildirib.

“Biz müxtəlif ssenariləri nəzərdən keçiririk. İstər Belarusla, istərsə də Rusiya ilə sərhədlərimizdə nələr edildiyini izləyəcəyik. Münasib məqamda, belə bir ehtiyac olarsa, hansı qərarların verildiyini açıqlayacağıq. Biz orada baş verənləri çox diqqətlə izləyirik”, o əlavə edib.


AzVision.az


Teqlər: Polşa  



Xəbər lenti