Ukrayna Rusiya hərbi texnikalarının vurulması barədə məlumat yaydı

   Ukrayna    Rusiya hərbi texnikalarının    vurulması barədə məlumat yaydı
  24 Fevral 2022    Oxunub:1098
Ukrayna Silahlı Qüvvələri Rusiyaya məxsus 2 tank və bir neçə yük maşınını məhv edib. AzVision.az xəbər verir ki, bu barədə "Ukrinform" məlumata yayıb.
- Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının mətbuat xidmətinin yaydığı məlumata görə bir neçə hərbi texnika məhv edilib. "Ölkənin şərqindən əməliyyat məlumatı: Sçastiya ərazisində Rusiya Federasiyasının iki tankı və bir neçə yük maşını məhv edilib".-məlumatda deyilir.

Qeyd edək ki, qondarma "Luqansk Xalq Respublikası" bir müddət öncə Sçastiya şəhərinin ələ keçirdiklərini bəyan etmişdi.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bu səhər ölkə əhalisinə yenidən müraciət edib. O, müraciətində Ukraynanın Donbas ərazisində xüsusi hərbi əməliyyat keçirməklə bağlı qərar verdiyini açıqlayıb. Putin ukraynalı hərbçiləri dərhal silahlarını yerə qoymağa və evlərinə getməyə çağırıb. Onun sözlərinə görə, mövcud şərait Rusiyadan qəti addım tələb edir. Rusiya prezidenti həmçinin xarici ölkələrə müraciətlə söyləyib ki, "Kim kənardan qarışsa, elə cavab verəcəyik ki, belə cavabı tarixinizdə heç vaxt görməmisiniz. Bunun üçün artıq bütün qərarlar qəbul edilib. Biz hadisələrin istənilən inişafına hazırıq. Ümid edirəm ki, məni eşitdiniz!" Bundan başqa Odessa və Mariupola rus desantı çıxarılıb. Zelenski də Ukrayna xalqına müraciət edib. O, təcili müraciətində ölkəsinin bütün təhlükəsizliyi və müdafiə sektorunun işlək vəziyyətdə olduğunu bildirib. Ukrayna Prezidenti insanlari təşvişə düşməməyə çağırıb. “Biz güclüyük, biz qalib gələcəyik”, - deyə Volodimir Zelenski vurğulayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti