Avstraliya Rusiyaya qarşı sanksiyalar tətbiq edir

   Avstraliya Rusiyaya qarşı sanksiyalar tətbiq edir
  24 Fevral 2022    Oxunub:1046
Avstraliya Rusiyaya sanksiya tətbiq edəcək. AzVision.azxəbər verir ki, bu barədə Baş nazir Skot Morrison "SBS" telekanalına verdiyi müsahibədə məlumat verib.
Qeyd edilir ki, Avstraliya Rusiyaya qarşı Rusiya parlamentinin 300-ə qədər üzvünə təsir edə biləcək yeni sanksiyalar tətbiq edir.

- İndi biz səbəbsiz və qəbuledilməz təcavüzə görə məsuliyyət daşıyan hərbi komandirlər, müdafiə nazirlərinin müavinləri və Rusiya muzdluları da daxil olmaqla daha 25 şəxsə, həmçinin hərbi texnologiya və silahların hazırlanması, satışı ilə məşğul olan 4 şəxsə qarşı sanksiyalar tətbiq edəcəyik,- Morrison deyib.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bu səhər ölkə əhalisinə yenidən müraciət edib. O, müraciətində Ukraynanın Donbas ərazisində xüsusi hərbi əməliyyat keçirməklə bağlı qərar verdiyini açıqlayıb. Putin ukraynalı hərbçiləri dərhal silahlarını yerə qoymağa və evlərinə getməyə çağırıb. Onun sözlərinə görə, mövcud şərait Rusiyadan qəti addım tələb edir. Rusiya prezidenti həmçinin xarici ölkələrə müraciətlə söyləyib ki, "Kim kənardan qarışsa, elə cavab verəcəyik ki, belə cavabı tarixinizdə heç vaxt görməmisiniz. Bunun üçün artıq bütün qərarlar qəbul edilib. Biz hadisələrin istənilən inişafına hazırıq. Ümid edirəm ki, məni eşitdiniz!" Bundan başqa Odessa və Mariupola rus desantı çıxarılıb. Zelenski də Ukrayna xalqına müraciət edib. O, təcili müraciətində ölkəsinin bütün təhlükəsizliyi və müdafiə sektorunun işlək vəziyyətdə olduğunu bildirib. Ukrayna Prezidenti insanlari təşvişə düşməməyə çağırıb. “Biz güclüyük, biz qalib gələcəyik”, - deyə Volodimir Zelenski vurğulayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti