Moldovada Ukraynaya görə fövqəladə vəziyyət elan ediləcək

   Moldovada Ukraynaya görə    fövqəladə vəziyyət    elan ediləcək
  24 Fevral 2022    Oxunub:1479
Moldova hökuməti Ukraynadakı hərbi gərginliyə görə parlamentə müraciət ünvanlayacaq. AzVision.az xəbər verir ki, bu barədə Prezident Maya Sandu məlumat verib.
Məqsəd ölkədə fövqəladə vəziyyətin elan edilməsidir.

- Beynəlxalq ictimaiyyət Rusiya Federasiyasının Ukraynaya qarşı hərəkətlərini yekdilliklə pisləyir, ona görə də mən Ali Təhlükəsizlik Şurasının iclasını çağırdım. Qərara alınıb ki, hökumət parlamentdən fövqəladə vəziyyət elan etməyi xahiş etsin, - Sandu deyib.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bu səhər ölkə əhalisinə yenidən müraciət edib. O, müraciətində Ukraynanın Donbas ərazisində xüsusi hərbi əməliyyat keçirməklə bağlı qərar verdiyini açıqlayıb. Putin ukraynalı hərbçiləri dərhal silahlarını yerə qoymağa və evlərinə getməyə çağırıb. Onun sözlərinə görə, mövcud şərait Rusiyadan qəti addım tələb edir. Rusiya prezidenti həmçinin xarici ölkələrə müraciətlə söyləyib ki, "Kim kənardan qarışsa, elə cavab verəcəyik ki, belə cavabı tarixinizdə heç vaxt görməmisiniz. Bunun üçün artıq bütün qərarlar qəbul edilib. Biz hadisələrin istənilən inişafına hazırıq. Ümid edirəm ki, məni eşitdiniz!". Bundan başqa Krımdan və Belarusdan Ukrayna ərazisinə rus desantları, hərbi texnikalarının daxil olmasına dair görünütülər yayılıb.

Zelenski də Ukrayna xalqına müraciət edib. O, təcili müraciətində ölkəsinin bütün təhlükəsizliyi və müdafiə sektorunun işlək vəziyyətdə olduğunu bildirib. Ukrayna Prezidenti insanlari təşvişə düşməməyə çağırıb. “Biz güclüyük, biz qalib gələcəyik”, - deyə Volodimir Zelenski vurğulayıb.


Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti