Ukrayna Rusiya ilə diplomatik əlaqələri kəsib

      Ukrayna Rusiya ilə diplomatik əlaqələri kəsib
  24 Fevral 2022    Oxunub:1737
Bu gün, fevralın 24-də Rusiya Federasiyası Ukraynaya hücum edib. Prezident Volodimir Zelenskinin ofisi genişmiqyaslı müharibənin başladığını bildirib. Bununla bağlı Rusiya ilə diplomatik əlaqələrin kəsilməsi qərara alınıb.
AzVision.az xəbər verir ki, Prezident Volodimir Zelenski xalqa müraciətində deyib ki, artıq Rusiya ilə Ukrayna dünya tarixinin müxtəlif tərəflərindədir:

“Rusiya dövləti şərin tərəfindədir. Dövlətinizi qorumaq üçün hazır olun. Moskva nə düşünürsə düşünsün, ukraynalılar öz torpaqlarında yaşamaq hüququna malikdir. Bu gündən etibarən Ukrayna dünya tarixində yerini tapdı. Rusiya xalqı seçim qarşısındadır”.

Qeyd edək ki, belə bir qərarla hər iki tərəf diplomatik müstəvidə ikitərəfli ünsiyyət imkanından məhrum olur. Ukrayna və Rusiya diplomatları fəaliyyətlərini dayandırıblar. Ölkələr arasında diplomatik münasibətlər üçüncü dövlətlərin vasitəçiliyi ilə baş verəcək.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər: Ukrayna   Rusiya  



Xəbər lenti