Rusiya XİN Türkmənçay Müqaviləsinə dair təhrifi aradan qaldırdı

   Rusiya XİN Türkmənçay Müqaviləsinə dair təhrifi aradan qaldırdı
  24 Fevral 2022    Oxunub:1504
Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sosial şəbəkə hesabında Türkmənçay Müqaviləsinə dair təhrif aradan qaldırılıb.
AzVision.az xəbər verir ki, Rusiya XİN-in rəsmi sosial şəbəkə səhifəsində yanlış məlumata müvafiq düzəliş edilib, “Şərqi Ermənistan” sözü çıxarılıb.

Qeyd edək ki, fevralın 22-də Rusiya XİN-in rəsmi sosial şəbəkə hesabında 1828-ci il Türkmənçay Müqaviləsi ilə bağlı təhrif olunmuş məlumat paylaşılıb. Sözügedən müqavilədə “Şərqi Ermənistan” sözünə istinad edilib.

Azərbaycan XİN bununla bağlı açıqlama yayıb. Rusiyanı XİN-i bu təhrifi aradan qaldırılmağa çağırıb.



AzVision.az



Teqlər: Rusiya   XİN  



Xəbər lenti