Litva prezidenti: "Ukrayna Avropa İttifaqına üzv olmaq hüququnu qazanıb"

      Litva prezidenti:    "Ukrayna Avropa İttifaqına üzv olmaq hüququnu qazanıb"
  24 Fevral 2022    Oxunub:1322
Ukraynanın Avropa İttifaqına daxil olması məsələsi bu gün Avropa Liderləri Şurasında müzakirə olunacaq. Çünki Kiyev belə bir hüququ qazana bilib.
AzVision.az xəbər verir ki, bunu Litva prezidenti Gitanas Nauseda deyib.

- Ukrayna hər mənada tarixi, ənənəvi, öz dəyərləri, Avropa prinsiplərinə sədaqəti ilə Avropa dövlətləri ailəsinin tamhüquqlu üzvü olmağa layiq ölkədir... Onlar məqsədlərini aydın şəkildə formalaşdırıblar, AB-yə üzv olmaq istəyirlər və bu gün bu perspektivi konkretləşdirməliyik. Bu Avropa Liderlər Şurasında danışacağımız məsələlərdən biri olacaq, - Nauseda mətbuata açıqlamasında deyib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin bu səhər ölkə əhalisinə yenidən müraciət edib. O, müraciətində Ukraynanın Donbas ərazisində xüsusi hərbi əməliyyat keçirməklə bağlı qərar verdiyini açıqlayıb. Putin ukraynalı hərbçiləri dərhal silahlarını yerə qoymağa və evlərinə getməyə çağırıb. Onun sözlərinə görə, mövcud şərait Rusiyadan qəti addım tələb edir. Rusiya prezidenti həmçinin xarici ölkələrə müraciətlə söyləyib ki, "Kim kənardan qarışsa, elə cavab verəcəyik ki, belə cavabı tarixinizdə heç vaxt görməmisiniz. Bunun üçün artıq bütün qərarlar qəbul edilib. Biz hadisələrin istənilən inişafına hazırıq. Ümid edirəm ki, məni eşitdiniz!". Bundan başqa Krımdan və Belarusdan Ukrayna ərazisinə rus desantları, hərbi texnikalarının daxil olmasına dair görünütülər yayılıb.

Zelenski də Ukrayna xalqına müraciət edib. O, təcili müraciətində ölkəsinin bütün təhlükəsizliyi və müdafiə sektorunun işlək vəziyyətdə olduğunu bildirib. Ukrayna Prezidenti insanlari təşvişə düşməməyə çağırıb. “Biz güclüyük, biz qalib gələcəyik”, - deyə Volodimir Zelenski vurğulayıb.


Tural Tağıyev
AzVision.az


Teqlər:



Xəbər lenti