"Ukraynaya NATO qüvələri göndərməyəcəyik"- Stoltenberq

   "Ukraynaya NATO qüvələri göndərməyəcəyik"-   Stoltenberq
  24 Fevral 2022    Oxunub:1176
NATO-nun baş katibi Yens Stoltenberq Ukraynada baş verən hadisələrə reaksiya verib. O, Brüsseldə keçirilən daimi nümayəndələrin görüşündən sonra bildirib ki, Ukrayna ərazisində NATO qüvvələri yoxdur və onları ora göndərmək də planlaşdırılmır.
- Ukrayna ərazisində NATO qüvvələri yoxdur və onları bura göndərmək planları da yoxdur. Biz Ukraynanı dəstəkləyirik, lakin biz yalnız NATO müttəfiqlərinə güclü təhlükəsizlik zəmanəti veririk, - o deyib.
Litva prezidenti: "Ukrayna Avropa İttifaqına üzv olmaq hüququnu qazanıb"

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin bu səhər ölkə əhalisinə yenidən müraciət edib. O, müraciətində Ukraynanın Donbas ərazisində xüsusi hərbi əməliyyat keçirməklə bağlı qərar verdiyini açıqlayıb. Putin ukraynalı hərbçiləri dərhal silahlarını yerə qoymağa və evlərinə getməyə çağırıb. Onun sözlərinə görə, mövcud şərait Rusiyadan qəti addım tələb edir. Rusiya prezidenti həmçinin xarici ölkələrə müraciətlə söyləyib ki, "Kim kənardan qarışsa, elə cavab verəcəyik ki, belə cavabı tarixinizdə heç vaxt görməmisiniz. Bunun üçün artıq bütün qərarlar qəbul edilib. Biz hadisələrin istənilən inişafına hazırıq. Ümid edirəm ki, məni eşitdiniz!". Bundan başqa Krımdan və Belarusdan Ukrayna ərazisinə rus desantları, hərbi texnikalarının daxil olmasına dair görünütülər yayılıb.

Zelenski də Ukrayna xalqına müraciət edib. O, təcili müraciətində ölkəsinin bütün təhlükəsizliyi və müdafiə sektorunun işlək vəziyyətdə olduğunu bildirib. Ukrayna Prezidenti insanlari təşvişə düşməməyə çağırıb. “Biz güclüyük, biz qalib gələcəyik”, - deyə Volodimir Zelenski vurğulayıb.



Tural Tağıyev
AzVision.az



Teqlər:   NATO  



Xəbər lenti