"Kömək etməsəniz, müharibə sizin də qapını döyəcək" - Zelenskidən çağırış + VİDEO

  "Kömək etməsəniz, müharibə sizin də qapını döyəcək" -     Zelenskidən çağırış + VİDEO
  24 Fevral 2022    Oxunub:1996
Prezident Vladimir Zelenski dünya liderlərini ukraynalılara kömək etməyə çağırıb. AzVision.az xəbər verir ki, o, bu barədə brifinq zamanı bildirib.
"Bu gün mən bir çox liderlərlə danışdım: Böyük Britaniya, Türkiyə, Fransa, Almaniya, Avropa İttifaqı, ABŞ, İsveç, Rumıniya, Polşa, Avstriya və başqaları. Əgər siz, hörmətli Avropa liderləri, hörmətli dünya liderləri, azad dövlətlərin liderləri, bu gün bizə kömək etməsəniz, Ukraynaya güclü kömək olmasanız, sabah müharibə sizin qapını döyəcək”, - deyə Zelenski bildirib.



Şahanə Rəhimli

AzVision.az


Teqlər:



Xəbər lenti