Rusiyada təyyarə qəzaya uğradı - Ölən var

   Rusiyada təyyarə qəzaya uğradı -    Ölən var
  24 Fevral 2022    Oxunub:2320
Rusiyanın Voronej vilayətində An-26 təyyarəsi qəzaya uğrayıb. Ekipaj üzvləri həlak olub. AzVision.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Federasiyası Müdafiə Nazirliyi yayıb. Hadisə təyyarənin hərbi texnikanın daşınması üçün planlaşdırılmış uçuşu zamanı qeydə alınıb.
Qəzaya ilkin səbəb texniki nasazlıq göstərilir. Hadisənin səbəblərini və şəraitini müəyyən etmək üçün qəza yerinə komissiya göndərilib.

AzVision.az


Teqlər:



Xəbər lenti