Rusiya tankları Kiyevə doğru gedir

   Rusiya tankları  Kiyevə doğru gedir
  25 Fevral 2022    Oxunub:2151
Rusiya tankları Kiyevə doğru irəliləyir, lakin İvankov yaxınlığında döyüş baş verib. Ukrayna qüvvələri Rusiya hərbi karvanını dayandırmaq üçün körpünü partladıb.

AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahındakı mənbələrə istinadən “Ukrayinska Pravda” məlumat yayıb.
Qeyd olunur ki, İvankov sərhəddən Kiyevə qədər yolun yarısında yerləşir. Bundan sonra Vışqorod vasitəsilə paytaxta hücum etmək fürsəti açılır.

Rusiya texnikasının hücum marşrutunu dəyişərək Kiyevin 7 kilometrliyində yerləşən Qostomel aerodromuna hərəkət etdiyi deyilir.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Ukrayna  



Xəbər lenti