"Qərbin cəza mexanizmi dünya nizamı üçün son dərəcə təhlükəlidir" - Səfir

   "Qərbin cəza mexanizmi dünya nizamı üçün son dərəcə təhlükəlidir" -    Səfir
  25 Fevral 2022    Oxunub:1455
Rusiyanın Yaponiyadakı səfiri Mixail Qaluzin ABŞ sanksiyalarının dünya üçün təhlükə törətməsi barədə açıqlama verib. AzVision.az xəbər verir ki, o, Tokioda xarici jurnalistlər üçün keçirilən mətbuat konfransında bildirib ki, Qərb ölkələri və ABŞ onların mövqelərindən fərqli mövqe sərgiləyən istənilən ölkəni sanksiyalarla cəzalandırmağa hazırdır.
Bu cür davranış isə dünya nizamı üçün son dərəcə təhlükəlidir.

"Avropa və ABŞ-da heç kim Rusiya ilə döyüşmək istəmir" - Fransa müdafiə naziri
- Problem ondadır ki, ABŞ-ın başçılıq etdiyi Qərb ölkələri özlərinin müstəsnalığına, üstünlüyünə, siyasətləri ilə razılaşmayanları, müstəqil şəkildə milli maraqlarını güdənləri cəzalandırmaq imkanlarına arxayındırlar. Və bu təkcə Rusiya üçün problem deyil, bütün beynəlxalq ictimaiyyətin problemidir, - diplomat deyib.

Qaluzin həmçinin qeyd edib ki, “Qərbin maraqları ilə mütləq üst-üstə düşməyən müstəqil siyasət yürütməyə cəsarət edənləri sanksiyalarla cəzalandırmaq cəhdləri kimi davranışlar məsuliyyətsizlikdir və BMT Nizamnaməsinə əsaslanan dünya nizamı üçün çox təhlükəlidir”.

Səfir jurnalistlərə xatırladıb ki, NATO da öz növbəsində suveren dövlətlərə qarşı aqressiv hərəkətlər sərgiləyir.

- 1999-cu ildə NATO-nun keçmiş Yuqoslaviyada nə etdiyinə baxın. Bu, faktiki olaraq Avropada status-kvonun kəskin şəkildə dəyişməsinə səbəb olan çox böyük müharibə idi. Və o zaman NATO-da və ya Avropa qitəsində heç kim bu cür təcavüzə- açıq şəkildə beynəlxalq hüquq və BMT Nizamnaməsinə zidd olaraq həyata keçirilən əməliyyatlara qarşı çıxış etmədi, - Qaluzin bildirib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Səfir   Qərb   Sanksiya  



Xəbər lenti