Gürcüstan Rusiyaya qarşı sanksiyalara qoşulmayacaq

   Gürcüstan Rusiyaya qarşı sanksiyalara qoşulmayacaq
  25 Fevral 2022    Oxunub:1316
“Gürcüstan Rusiyaya qarşı iqtisadi sanksiyalarda iştirak etməyəcək”.
AzVision.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili deyib. Onun sözlərinə görə, sanksiyalara qoşulmamaq qərarı milli maraqlar əsasında qəbul edilib:

"Mən iqtisadi və maliyyə sanksiyalarını nəzərdə tuturam. Aydın və birmənalı şəkildə vurğulamaq istəyirəm ki, milli maraqlarımızı və əhalinin maraqlarını nəzərə alaraq maliyyə və iqtisadi sanksiyalarda iştirak etməyəcəyik. Sanksiyalara qoşulmaq ölkəyə və əhaliyə zərər vura bilər".

AzVision.az


Teqlər: Gürcüstan  



Xəbər lenti