Putin Təhlükəsizlik Şurasının üzvləri ilə görüşəcək

   Putin Təhlükəsizlik Şurasının üzvləri ilə görüşəcək
  25 Fevral 2022    Oxunub:2000
Rusiya prezidenti Vladimir Putin bir sıra beynəlxalq telefon danışıqları aparacaq və Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüş keçirəcək.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib.

“Putin Kremldə işləyir. İndi başa düşdüyünüz kimi, onun günləri kifayət qədər gərgindir və davamlı olaraq görüşləri davam edir. Əslində səhərdən axşama kimi. Bu gün prezident bir neçə beynəlxalq telefon danışığı aparmağı, Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ iclas keçirməyi planlaşdırır”, o, jurnalistlərə bildirib.

AzVision.az


Teqlər: Rusiya  



Xəbər lenti