Polşa Rusiya üçün hava məkanını bağlayır

   Polşa Rusiya üçün hava məkanını bağlayır
  25 Fevral 2022    Oxunub:1475
Rusiya aviaşirkətlərinə Polşa hava məkanında uçuş qadağası gecə yarısından etibarən qüvvəyə minəcək.
AzVision.az xəbər verir ki, bunu Polşa Nazirlər Kabinetinin sözçüsü Piotr Müller bildirib. Onun sözlərinə görə, müvafiq qaydalar dərhal qəbul edilir və qadağa gecə yarısından qüvvəyə minəcək.

Hazırda Varşava-Moskva marşrutu üzrə sərnişin aviareysləri həm Rusiyanın “Aeroflot” aviadaşıyıcısı, həm də Polşanın LOT şirkəti tərəfindən gündə bir neçə dəfə həyata keçirilir.

AzVision.az




Teqlər: Polşa  



Xəbər lenti