Putin Ukrayna hərbçilərini hakimiyyəti ələ almağa çağırdı - VİDEO

   Putin Ukrayna hərbçilərini  hakimiyyəti ələ almağa  çağırdı -  VİDEO
  25 Fevral 2022    Oxunub:2447
Rusiya Prezidenti Vladimir Putin Ukrayna hərbçilərini hakimiyyəti ələ keçirməyə çağırıb.

AzVision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə keçirdiyi konfransda deyib.
O, Ukrayna əsgərlərini radikalların dinc əhalidən canlı qalxan kimi istifadə etməsinə imkan verməməyə çağırıb.

“Hakimiyyəti öz əlinizə alın. Kiyevdə məskunlaşan və bütün Ukrayna xalqını girov götürən bu narkoman və neonasist dəstəsi ilə danışıqlar aparmaqdansa, görünür, bizim üçün sizinlə danışıqlar aparmaq daha asan olacaq”.



AzVision.az



Teqlər: Rusiya   Ukrayna  



Xəbər lenti