Peskov: "Rusiya Ukraynaya danışıqların təşkili üçün razılıq verib"

      Peskov:    "Rusiya Ukraynaya danışıqların təşkili üçün razılıq verib"
  25 Fevral 2022    Oxunub:1221
Rusiya danışıqların təşkili ilə bağlı razılığını Ukraynaya çatdırıb
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Biz Minskdə danışıqların təşkil edilməsini ukraynalılara demişik. Putin dərhal prezident Lukaşenko ilə telefonla danışıb və bildirib ki, Belarus tərəfi və prezident nümayəndə heyətlərinin gəlişini ən yaxşı şəkildə təşkil etmək, onların təhlükəsizliyini təmin etmək üçün hər şeyi edəcəklər. Bu element indi də vacibdir və danışıqların birbaşa aparılması şərtlərindəndir.

Rusiya tərəfi dərhal prezidentin tapşırığı ilə Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi və Prezident Administrasiyasının nümayəndələrindən ibarət nümayəndə heyəti yaradıb. Bütün bu məlumatlar ukraynalıların diqqətinə çatdırılıb”, – Peskov jurnalistlərə bildirib.

AzVision.az



Teqlər: Rusiya   Ukrayna  



Xəbər lenti