Rusiya "Avroviziya"dan kənarlaşdırıldı

   Rusiya    "Avroviziya"dan  kənarlaşdırıldı
  25 Fevral 2022    Oxunub:2485
Rusiya bu lki "Avroviziya" Mahnı Müsabiqəsindən kənarlaşdırılıb. AzVision.az xəbər verir ki, bu barədə Avropa Yayım Birliyi məlumat yayıb.
Təşkilatın yaydığı məlumatda deyilir ki, İcraiyyə Şurası bu gün səhər saatlarında Eurovision Mahnı Müsabiqəsinin rəhbər orqanı olan Referans Qrupunun tövsiyəsinə, tədbirin qaydalarına və AYB-nin dəyərlərinə əsaslanaraq belə qərar qəbul edib".

Bildirilib ki, qərar Ukraynadakı misli görünməmiş böhran fonunda builki müsabiqəyə Rusiyadan hər hansı bir iştirakçının daxil edilməsinin müsabiqəni nüfuzdan salacağı ilə bağlı narahatlığı əks etdirir.

“Biz beynəlxalq mübadilə və anlaşmanı təşviq edən, tamaşaçıları bir araya gətirən, musiqi vasitəsilə müxtəlifliyi qeyd edən və Avropanı bir səhnədə birləşdirən mədəni müsabiqənin dəyərlərinin qorunmasına sadiq qalırıq”.

Qeyd edək ki, Avroviziya Mahnı Müsabiqəsi bu il mayın 10-14-ü tarixıərində İtaliyanın Turin şəhərində keçiriləcək.

AzVision.az



Teqlər: Avroviziya  



Xəbər lenti