"Bəlkə də, məni sonuncu dəfə sağ görürsünüz" - Zelenski

   "Bəlkə də, məni sonuncu dəfə sağ görürsünüz" -    Zelenski
  26 Fevral 2022    Oxunub:2285
Ukrayna Prezidenti Vladimir Zelenski Aİ liderlərinə video zəng zamanı bidirib ki, bu, onun sağ olaraq sonuncu dəfə görünməsi ola bilər. Bu barədə RİA Novosti Financial Times və Axios-a istinadən xəbər verir.
“Ukrayna prezidenti Zelenski dünən axşam videozəngində Aİ liderlərinə deyib: “Ola bilsin ki, məni sonuncu dəfə sağ görürünüz, - nəşrin müxbiri Barak Ravid iki mənbəyə istinadən bildirir.

Financial Times iddia edir ki, Aİ liderləri ilə söhbət zamanı Zelenski onlarla yenidən nə zaman əlaqə saxlayacağını bilmədiyini deyib.

Bundan əvvəl Zelenski özünün Telegram kanalında video yayımlayıb və həmin videoda özünün və ölkənin birinci şəxslərinin Kiyevdə olduğunu bildirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti