"Kiyevdə vəziyyət nəzarətdədir" - Ukrayna Təhlükəsizlik Şurası

   "Kiyevdə vəziyyət nəzarətdədir" -    Ukrayna Təhlükəsizlik Şurası
  26 Fevral 2022    Oxunub:1729
“Biz hücumları bacardıqca dayandırırıq”. AzVision.az -ın xəbərinə görə, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksiy Danilov paytaxtdakı vəziyyəti və bununla bağlı sosial şəbəkələrdə yayılan məlumatları şərh edərkən deyib. Onun sözlərinə görə, Kiyevdə vəziyyət Ukrayna Silahlı Qüvvələrinin və şəhər sakinlərinin nəzarəti altındadır.
Qeyd edək ki, Ukraynanın paytaxtı Kiyevdə küçə döyüşləri başlayıb. Rusiya hərbçiləri "Şulyavska" metrostansiyası yaxınlığında hücuma keçiblər.

AzVision.az



Teqlər: Ukrayna  



Xəbər lenti