Bayden təhlükəsizlik komandası ilə Ukraynanı müzakirə edəcək

Bayden təhlükəsizlik komandası ilə Ukraynanı müzakirə edəcək
  26 Fevral 2022    Oxunub:1462
ABŞ prezidenti Co Bayden milli təhlükəsizlik komandasının üzvləri ilə Ukraynadakı vəziyyəti müzakirə edəcək.
AzVision.az xəbər verir ki, bu barədə Amerika liderinin Ağ Ev tərəfindən paylanmış iş cədvəlində deyilir.

“10:00 (Bakı vaxtı ilə 19:00 ) Prezident Cozef Bayden və vitse-prezident Kamala Harris milli təhlükəsizlik komandaları ilə təhlükəsiz xətt vasitəsilə Ukraynadakı son hadisələri və Rusiya tərəfindən qəsdən və əsassız hücumu müzakirə edəcəklər” , - sənəddə qeyd olunub. Müzakirə mətbuata bağlı qapılar arxasında aparılacaq.

AzVision.az


Teqlər: ABŞ   Rusiya  



Xəbər lenti