Ukraynada ruslar üçün işarələr yazan təxribatçılar saxlanılıb

   Ukraynada ruslar üçün işarələr yazan təxribatçılar   saxlanılıb
  26 Fevral 2022    Oxunub:2121
Bu gecə Ukraynanın Çernoviç şəhəri ərazisində Rusiya ordusu üçün xüsusi nişanlar yazan təxribat-kəşfiyyat qrupu saxlanılıb. AzVision.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Saytlar şəhər meri Roman Kliçuka istinad ediblər. Kliçuk "Facebook" səhifəsində məlumat yayaraq bildirib ki, vəziyyət nəzarət altındadır.

Mer əhalini küçə döyüşlərinə hazırlaşmağa çağırdı- VİDEO
- Çernoviçdə düşmən üçün xüsusi işarələr qoyan təxribat-kəşfiyyat qrupu saxlanılıb. Ukrayna Silahlı Qüvvələrinə, Milli Qvardiyaya, polisə və qayğıkeş sakinlərə təşəkkürlər!, - Kliçuk yazıb.

O, həmçinin qeyd edib ki, ötən gecə Bukovinada sakitlik hökm sürüb. Bölgə qaçqınları qəbul etməkdə davam edir.

- Elit avtomobillərin və sağlam kişilərin sayı təəccüb doğurur...- şəhər meri deyib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin bir neçə gün öncə ölkə əhalisinə müraciət edərək Ukraynanın Donbas ərazisində xüsusi hərbi əməliyyat keçirməklə bağlı qərar verdiyini açıqlayıb. Putin ukraynalı hərbçiləri dərhal silahlarını yerə qoymağa və evlərinə getməyə çağırıb. Onun sözlərinə görə, mövcud şərait Rusiyadan qəti addım tələb edir. Rusiya prezidenti həmçinin xarici ölkələrə müraciətlə söyləyib ki, "Kim kənardan qarışsa, elə cavab verəcəyik ki, belə cavabı tarixinizdə heç vaxt görməmisiniz. Bunun üçün artıq bütün qərarlar qəbul edilib. Biz hadisələrin istənilən inkişafına hazırıq. Ümid edirəm ki, məni eşitdiniz!".

Donbasla bağlı qərar verilməsinə baxmayaraq rus hərbçiləri bir sıra Ukrayna ərazilərinə daxil olub. Artıq bir neçə gündür ki, Ukraynanın əksər bölgələrində ağır döyüşlər gedir. Kiyev ətrafında hərbi əməliyyatların aparılmasına dair görüntülər yayılsa da, ölkə rəhbərliyi paytaxta tam gücüylə nəzarət etdiklərini, diversantların qarşısını aldıqlarını bəyan edirlər.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna  



Xəbər lenti