Rusiyadan sensasion iddia: "Zelenski paytaxtı tərk edib"

   Rusiyadan sensasion iddia:    "Zelenski paytaxtı tərk edib"
  26 Fevral 2022    Oxunub:1820
Rusiya Dövlət Dumasının rəhbəri Vyaçeslav Volodin Ukrayna Prezidenti Volodimir Zelenski haqqında sensasion iddia irəli sürüb.
AzVision.az xəbər verir ki, o, Zelenskinin tələsik şəkildə paytaxt Kiyevi tərk etdiyini bəyan edib.

Zelenski Kiyevdədir: “Silahı yerə qoymayacağıq” - VİDEO
Spiker informasiyanın haradan əldə etdiyini açıqlamasa da iddia edib ki, Ukrayna lideri Lvova gedib. Dünən sosial şəbəkələrdə yaydığı videogörüntülər isə əvvəlcədən lentə alınıb.

- O artıq dünən gecədən Ukrayna paytaxtında deyil. Bu, Kiyevdə Zelenski ilə görüşməyə cəhd edən Ali Rada deputatlarının məlumatıdır. Onlar görüş üçün Lvova dəvət olunublar,- Volodin deyib.

Qeyd edək ki, Zelenski dünən Kiyevdə olmasına dair videogörüntülər paylaşmışdı.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bir neçə gün öncə ölkə əhalisinə müraciət edərək Ukraynanın Donbas ərazisində xüsusi hərbi əməliyyat keçirməklə bağlı qərar verdiyini açıqlayıb. Putin ukraynalı hərbçiləri dərhal silahlarını yerə qoymağa və evlərinə getməyə çağırıb. Onun sözlərinə görə, mövcud şərait Rusiyadan qəti addım tələb edir. Rusiya prezidenti həmçinin xarici ölkələrə müraciətlə söyləyib ki, "Kim kənardan qarışsa, elə cavab verəcəyik ki, belə cavabı tarixinizdə heç vaxt görməmisiniz. Bunun üçün artıq bütün qərarlar qəbul edilib. Biz hadisələrin istənilən inkişafına hazırıq. Ümid edirəm ki, məni eşitdiniz!".

Donbasla bağlı qərar verilməsinə baxmayaraq rus hərbçiləri bir sıra Ukrayna ərazilərinə daxil olub. Artıq bir neçə gündür ki, Ukraynanın əksər bölgələrində ağır döyüşlər gedir. Kiyev ətrafında hərbi əməliyyatların aparılmasına dair görüntülər yayılsa da, ölkə rəhbərliyi paytaxta tam gücüylə nəzarət etdiklərini, diversantların qarşısını aldıqlarını bəyan edirlər.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya   Kiyev  



Xəbər lenti