Taliban Əfqanıstan vətəndaşlarını Ukraynadan çıxarmağı planlaşdırır

Taliban Əfqanıstan vətəndaşlarını Ukraynadan çıxarmağı planlaşdırır
  26 Fevral 2022    Oxunub:1949
"Taliban"ın başçılıq etdiyi Əfqanıstan hökuməti öz vətəndaşlarını qorumaq və Ukrayna ərazisindən təxliyə etmək üçün bütün mümkün vasitələrdən istifadə edir".
AzVision.az xəbər verir ki, bu barədə Əfqanıstanın ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

- Əfqanıstan İslam Əmirliyi” Əfqanıstan vətəndaşlarının və Ukraynadakı tələbələrin təhlükəsizliyindən narahatdır və onları qorumaq üçün bütün mövcud vasitələrdən və kommunikasiya kanallarından istifadə edir ki, vətəndaşlarını təhlükəsiz yerə təxliyə etsin, - məlumatda deyilir.

Qeyd olunur ki, nazirlik bir sıra regional hökumətlər və beynəlxalq təşkilatlarla sıx əlaqə saxlayır.

Tural Tağıyev
AzVision.az



Teqlər: Əfqanıstan   Ukrayna  



Xəbər lenti