Türkiyədə koronavirusdan 221 nəfər vəfat edib

Türkiyədə koronavirusdan 221 nəfər vəfat edib
  26 Fevral 2022    Oxunub:1271
Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 221 nəfər ölüb.
AzVision.az xəbər verir ki, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca “Twitter” səhifəsində paylaşdığı məlumatda bu barədə bildirib.

Nazirin yeni növ koronavirusla bağlı yayımladığı bugünkü cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 421 min 855 nəfərin test edildiyi, 61 min 764 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 85 min 552 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.

AzVision.az



Teqlər: Türkiyə   Koronavirus  



Xəbər lenti