"Ukraynaya müdafiə silahları verin!" - Baş nazir

   "Ukraynaya müdafiə silahları verin!" -    Baş nazir
  27 Fevral 2022    Oxunub:1496
“Artıq iki gündən çoxdur ki, qoşunlarımız işğalçılara müqavimət göstərir”. AzVision.az -ın məlumatına görə, bunu Ukraynanın Baş naziri Denis Şmiqal Tvitter hesabında yazıb. O, dünya ölkələrinə müraciət edib.

“Mən bir daha bütün sivil ölkələrə müraciət etmək istəyirəm. Öz tərəfini seçmək vaxtıdır! Ukraynaya müdafiə silahları verin! Bizə avadanlıqla kömək edin! Mümkün olan bütün sahələrdə Rusiyanı təcrid edin! Biz özümüzü müdafiə etməyə davam edəcəyik”, - baş nazir yazıb.

AzVision.az


Teqlər:



Xəbər lenti