Rusiya nümayəndə heyəti Ukrayna ilə danışıqlar aparmaq üçün Belarusa gedib

      Rusiya nümayəndə heyəti Ukrayna ilə danışıqlar aparmaq üçün Belarusa gedib
  27 Fevral 2022    Oxunub:1861
Rusiya nümayəndə heyəti ukraynalılarla danışıqlar aparmaq üçün Belarusa gəlib. AzVision.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib.
"Alınan razılığa əsasən, Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və digər idarələrin, o cümlədən prezident administrasiyasının nümayəndələrindən ibarət Rusiya nümayəndə heyəti ukraynalılarla danışıqlar aparmaq üçün Belarusa gəlib. Biz bu danışıqları Qomeldə başlamağa hazırlaşacağıq”, - Peskov jurnalistlərə bildirib.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:



Xəbər lenti