Ukrayna Rusiyanı Haaqa Məhkəməsinə verdi

      Ukrayna Rusiyanı Haaqa Məhkəməsinə verdi
  27 Fevral 2022    Oxunub:1866
Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Ukrayna Rusiyaya qarşı BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində iddia qaldırıb. Bu barədə dövlət başçısı “Twitter” mikrobloqunda yazıb.
"Ukrayna rəsmi olaraq Rusiyaya qarşı iddia ərizəsini Haaqa Beynəlxalq Məhkəməsinə göndərib. Biz Rusiyanın təcavüzə haqq qazandırmaq üçün soyqırım anlayışını təhrif etdiyinə görə məsuliyyətə cəlb olunmasını tələb edirik. Biz məhkəmədən xahiş edirik ki, dərhal Rusiya Federasiyasına hərbi əməliyyatları dayandırmağa və dinləmələri gələn həftəyə təyin etsin”, - deyə Zelenski vurğulayıb.

Şahanə Rəhimli

AzVision.az


Teqlər:



Xəbər lenti