Zelenskinin ofisi Rusiya ilə görüşü təsdiqlədi

   Zelenskinin ofisi Rusiya ilə görüşü təsdiqlədi
  27 Fevral 2022    Oxunub:1666
Aleksandr Lukaşenko Vladimir Zelenskiyə zəng edib. Siyasətçilər Ukrayna nümayəndə heyətinin Rusiya nümayəndə heyəti ilə Ukrayna-Belarus sərhədində, Pripyat çayı yaxınlığında ilkin şərt olmadan görüşəcəyi barədə razılığa gəliblər.
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin ofisi məlumat yayıb. Bildirilib ki, Aleksandr Lukaşenko Ukrayna nümayəndə heyətinin səfəri, danışıqları və geri qayıtması zamanı Belarus ərazisində yerləşdirilən bütün təyyarələrin, helikopterlərin və raketlərin yerdə qalmasını təmin etmək məsuliyyətini öz üzərinə götürüb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Ukrayna  



Xəbər lenti