G7 ölkələri Ukraynaya əlavə silah göndərəcək

   G7 ölkələri Ukraynaya əlavə silah göndərəcək
  27 Fevral 2022    Oxunub:1184
G7 ölkələri Ukraynaya müdafiə silahlarının tədarükünü davam etdirmək və Rusiyaya qarşı sanksiyaları genişləndirmək barədə razılığa gəliblər.
AzVision.az xəbər verir ki, bu barədə G7 xarici işlər nazirlərinin görüşündən sonra Britaniyanın Xarici İşlər Nazirliyinin rəhbəri Liz Tras bildirib.

"Rusiya prezidenti Vladimir Putin uğursuz olmalı və Ukraynanın suverenliyi bərpa edilməlidir. Biz Ukraynaya müdafiə silahları və avadanlıqlarının çatdırılmasını davam etdirməyə, Rusiya iqtisadiyyatını zəiflətmək üçün sanksiyaları artırmağa razılaşdıq", - Trass tviter hesabında yazıb.

AzVision.az



Teqlər:



Xəbər lenti