32 ölkə Rusiya üçün hava məkanını bağlayıb

   32 ölkə Rusiya üçün  hava məkanını bağlayıb
  28 Fevral 2022    Oxunub:1403
“Müasir tarixdə ilk dəfə olaraq hazırkı dövlət başçısı olan Vladimir Putinə qarşı sanksiyalar tətbiq edilib”.
AzVision.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib. Onun sözlərinə görə, artıq 32 ölkə öz hava məkanını Rusiya aviaşirkətləri və təyyarələri üçün bağlayıb.

“Rusiyaya qarşı üç ağrılı sanksiya paketi tətbiq edilib. SWIFT-dən ayrılacaq Rusiya banklarının siyahısı yekunlaşdırılır, Mərkəzi Bankın maliyyə ehtiyatlarının yarısı dondurulur, “Sberbank”a məhdudiyyətlər qoyulur. Eyni zamanda ikili təyinatlı ixrac lisenziyaları, bəzi ölkələrdə Rusiya vətəndaşları üçün vizaların verilməsi dayandırılır. Rusiya rublu artıq tarixi minimuma enib”.

Nazir əlavə edib ki, hazırda Ukrayna diplomatiyası Rusiyanın neft və qazına tam embarqonun tətbiqi istiqamətində aktiv diplomatik hücum həyata keçirir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Rusiya   Ukrayna  



Xəbər lenti