UNESCO Baykalı yoxlayan rəsmiləri geri çağırdı

UNESCO Baykalı yoxlayan rəsmiləri geri çağırdı
  28 Fevral 2022    Oxunub:1551
Baykal gölünün mühafizəsinin keyfiyyətini qiymətləndirmək üçün artıq Rusiyaya gələn UNESCO nümayəndəsi Suzanna Kari geri çağırılıb, planlı yoxlama baş tutmayacaq.
AzVision.az xəbər verir ki, bu barədə RİA Novosti-yə Rusiyanın Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, UNESCO və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (IUCN) Baykal gölündə birgə monitorinq missiyası ləğv edilib. Artıq İrkutsk vilayətinə gələn beynəlxalq ekspert yaxın günlərdə bölgəni tərk edəcək:

“Amma yola düşməzdən əvvə , Suzanna Kari hələ də Ümumdünya İrs obyektini ziyarət edəcək və Rusiya nümayəndə heyəti ilə əsas məsələləri müzakirə edəcək. Lakin bu məsləhətləşmələr missiyadan kənarda keçiriləcək”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Baykal   Rusiya  



Xəbər lenti