Alamaniya Putindən imtina etmək üçün dirijora vaxt verdi

  Alamaniya  Putindən imtina etmək üçün  dirijora vaxt verdi
  28 Fevral 2022    Oxunub:2124
Almaniya hökuməti dirijor Valeri Gergievdən Rusiya prezidentinə verdiyi dəstəyi geri götürməsini tələb edib. “Der Spiegel” yazır ki, musiqiçiyə Putindən “imtina” etmək üçün bir sutka vaxt verilib. Ultimatum Münhen meri Diter Rayter tərəfindən irəli sürülüb.
Onun sözlərinə görə, Gergiev fevralın 28-dək öz mövqeyini dəqiq müəyyən etməsə, o zaman Münhen Filarmoniyasının baş dirijoru vəzifəsində qala bilməyəcək. Bənzər tələblər dirijora məşhur musiqi qurumlarından, məsələn, Milandakı "La Scala" teatrından gəlib. Beləliklə, Qərbdəki musiqi biliciləri Gergievdən Putinin Ukraynadakı hərəkətlərini pisləyən ictimai çıxışı gözləyirlər.

Qeyd edək ki, Ukraynada hərbi xüsusi əməliyyatın başlaması fonunda Nyu-Yorkun Karnegi Hall konsert salonu dirijor Valeri Gergiev və pianoçu Denis Matsuyevin fevralın 25-dən 27-dək keçirilməsi nəzərdə tutulan üç konsertini ləğv edib.

Bu günlərdə Gergievin yerinə Yannik Nezet-Seqin dirijorluq edəcək. Məlumat üçün bildirək ki, 68 yaşlı Valeri Gergiev Münhen Filarmoniya Orkestrinin baş dirijorudur. Bundan əvvəl o, dəfələrlə Putini dəstəklədiyini bəyan edib.

O və opera müğənnisi Anna Netrebko 2014-cü ildə Rusiya prezidentinin Donbassdakı hərəkətləri ilə razılaşıblar, inosmi.ru yazır.

2008-ci ildə Gergiyev Marinskiy Teatrının orkestri ilə hərbi əməliyyatlar nəticəsində dağıdılmış Cənubi Osetiya Tsxinvalidə konsert verib. Daha sonra o, Suriyanın Palmirasında çıxış edib.

O və opera müğənnisi Anna Netrebko 2014-cü ildə Rusiya prezidentinin Donbassdakı hərəkətlərini dəstəkləyiblər.

Şahanə Rəhimli

AzVision.az



Teqlər:



Xəbər lenti