Zelenski "Beynəlxalq Legion" yaratdı

   Zelenski    "Beynəlxalq Legion"    yaratdı
  28 Fevral 2022    Oxunub:2576
Ukrayna ordusunda xüsusi legion yaradılır.AzVision.azxəbər verir ki, Ukrayna mətbuatı Prezident Vladimir Zelenskinin bununla bağlı qərar verdiyini yazıb.
Bildirilir ki, "Beynəlxalq Legion" adlı xüsusi hərbi birləşmələr Müdafiə Nazirliyinin nəzdində qurulacaq.

Rusiyanın "nüvə triadası" gücləndirilmiş heyətlə döyüş növbəsinə başladı
- Ukrayna Prezidenti Vladimir Zelenski rus işğalçılarına qarşı mübarizə aparmaq üçün yeni hərbi birləşmənin, "Beynəlxalq Legion"un yaradılmasını elan edib. Bu barədə müdafiə nazirinin müavini Anna Malyar özünün "Facebook" səhifəsində məlumat verib.

Malyar yazıb ki, “Artıq Rusiya işğalçılarına qarşı müqavimətə və dünyanın təhlükəsizliyinin Putin rejimindən qorunmasına qoşulmaq istəyən xarici vətəndaşlardan bir neçə min müraciətimiz var".

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bir neçə gün öncə ölkə əhalisinə müraciət edərək Ukraynanın Donbas ərazisində xüsusi hərbi əməliyyat keçirməklə bağlı qərar verdiyini açıqlayıb. Putin ukraynalı hərbçiləri dərhal silahlarını yerə qoymağa və evlərinə getməyə çağırıb. Onun sözlərinə görə, mövcud şərait Rusiyadan qəti addım tələb edir. Rusiya prezidenti həmçinin xarici ölkələrə müraciətlə söyləyib ki, "Kim kənardan qarışsa, elə cavab verəcəyik ki, belə cavabı tarixinizdə heç vaxt görməmisiniz. Bunun üçün artıq bütün qərarlar qəbul edilib. Biz hadisələrin istənilən inkişafına hazırıq. Ümid edirəm ki, məni eşitdiniz!".

Donbasla bağlı qərar verilməsinə baxmayaraq rus hərbçiləri bir sıra Ukrayna ərazilərinə daxil olub. Artıq bir neçə gündür ki, Ukraynanın əksər bölgələrində ağır döyüşlər gedir. Kiyev ətrafında hərbi əməliyyatların aparılmasına dair görüntülər yayılsa da, ölkə rəhbərliyi paytaxta tam gücüylə nəzarət etdiklərini, diversantların qarşısını aldıqlarını bəyan edirlər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya  



Xəbər lenti