Rusiya təyyarəsi Portuqaliya hava məkanına buraxılmadı

   Rusiya təyyarəsi Portuqaliya hava məkanına buraxılmadı
  28 Fevral 2022    Oxunub:1382
Portuqaliyaya uçan Rusiya təyyarəsi geri qaytarılıb. xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
- Turistləri Portuqaliyanın Madeyra adasından Rusiyaya qaytarmalı olan Ural Hava Yollarına məxsus təyyarə geri qayıdıb. Buna səbəb təyyarənin Portuqaliyada Rusiya üçün hava məkanının bağlanması elan edildikdən sonra havaya qalxmasıdır. Rusiyanın Portuqaliyadakı səfirliyi faktı təsdiqləyib.

Zelenski "Beynəlxalq Legion" yaratdı
Qeyd edilir ki, “Portuqaliya hakimiyyəti əvvəlcədən heç bir xəbərdarlıq olmadan digər Aİ ölkələri kimi Rusiya mülki aviasiyası üçün hava məkanını bağlamaq qərarı verib. Bununla əlaqədar olaraq fevralın 27-də turistlərimiz üçün uçuş həyata keçirən Ural Hava Yolları reysinə də eyni qadağa tətbiq edilib. Madeyra adasına gedən təyyarə məcbur olaraq geri dönüb və bir qrup həmyerlimiz bu gün evlərinə qayıda bilməyib".

Səfirliyin konsulluq şöbəsi turistlərlə əlaqə saxlayıb və onların vətənə qayıtması variantları üzərində iş aparılır.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bir neçə gün öncə ölkə əhalisinə müraciət edərək Ukraynanın Donbas ərazisində xüsusi hərbi əməliyyat keçirməklə bağlı qərar verdiyini açıqlayıb. Putin ukraynalı hərbçiləri dərhal silahlarını yerə qoymağa və evlərinə getməyə çağırıb. Onun sözlərinə görə, mövcud şərait Rusiyadan qəti addım tələb edir. Rusiya prezidenti həmçinin xarici ölkələrə müraciətlə söyləyib ki, "Kim kənardan qarışsa, elə cavab verəcəyik ki, belə cavabı tarixinizdə heç vaxt görməmisiniz. Bunun üçün artıq bütün qərarlar qəbul edilib. Biz hadisələrin istənilən inkişafına hazırıq. Ümid edirəm ki, məni eşitdiniz!".

Donbasla bağlı qərar verilməsinə baxmayaraq rus hərbçiləri bir sıra Ukrayna ərazilərinə daxil olub. Artıq bir neçə gündür ki, Ukraynanın əksər bölgələrində ağır döyüşlər gedir. Kiyev ətrafında hərbi əməliyyatların aparılmasına dair görüntülər yayılsa da, ölkə rəhbərliyi paytaxta tam gücüylə nəzarət etdiklərini, diversantların qarşısını aldıqlarını bəyan edirlər.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Portuqaliya   Təyyarə   Ukrayna   Müharibə  



Xəbər lenti