İsrail XİN BMT-də Rusiya əleyhinə qətnaməni dəstəkləyəcək

 İsrail XİN BMT-də  Rusiya əleyhinə qətnaməni  dəstəkləyəcək
  28 Fevral 2022    Oxunub:2099
İsrail BMT Baş Assambleyasında səsvermə zamanı Rusiyanın Ukraynadakı hərəkətlərini pisləyən qətnaməni dəstəkləyəcək. AzVision.az xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Yair Lapid xüsusi bəyanatında deyib.
- Bu gün və ya sabah Birləşmiş Millətlər Təşkilatı Rusiyanın Ukraynaya təcavüzünü pisləyən qətnaməni səsverməyə çıxaracaq. İsrail də dünya ölkələrinin böyük əksəriyyəti ilə birlikdə bu qətnaməyə qoşulacaq və səs verəcək, - XİN Lapiddən sitat gətirib.

XİN rəhbəri qeyd edib ki, İsrail Ukraynaya yardım göstərmək üçün beynəlxalq səylərin bir hissəsi olacaq, çünki “bunu mənəvi və tarixi borc tələb edir”.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti