Aİ rusiyalı milyarderləri və jurnalistləri “qara siyahı”ya saldı

  Aİ rusiyalı milyarderləri və jurnalistləri “qara siyahı”ya saldı
  01 Mart 2022    Oxunub:3093
Avropa İttifaqı Rusiyanın daha 62 nəfərinə qarşı sanksiya tətbiq edib.
AzVision.az xəbər verir ki, siyahıya “Vahid Rusiya” partiyası katibinin müavini Andrey Turçak, Xarici Kəşfiyyat Xidmətinin direktoru Petr Fradkov da daxil olmaqla “Rosneft”in rəhbəri İqor Seçin, milyarderlər - USM Holdinqın banisi Alişir Usmanov, Gennadi Timçenko, “Transneft”in rəhbəri Nikolay Tokarevin də adı daxil edilib..

Rusiyalı jurnalistlər Anton Krasovski, Olqa Skabeeva, Arkadi Mamontov, Tiqran Keosayan, Roman Babayan, yazıçı Zaxar Prilepin, “Şeremetyevo” hava limanının direktorlar şurasının sədri Aleksandr Ponomarenko, violonçel ifaçısı Sergey Rolduqin də adı sanksiya siyahısına düşüb.

Bundan əvvəl Aİ diplomatiyasının rəhbəri Cozep Borrell siyasi və hərbi sahədə bir sıra iri fiqurlara, eləcə də təbliğatın yayılması ilə əlaqəli şəxslərə qarşı sanksiyalar tətbiq edəcəyinə söz vermişdi. Qərar dərc edildiyi andan qüvvəyə minib.

AzVision.az


Teqlər:



Xəbər lenti