Dünyanın ən yaxşı qırıcı pilotu Ukraynada həlak oldu

    Dünyanın ən yaxşı qırıcı pilotu  Ukraynada həlak oldu
  01 Mart 2022    Oxunub:3496
Ukraynada gedən döyüşlər zamanı məşhur pilot Aleksandr Oksançenko həlak olub.AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilir ki, o təkcə Ukraynada deyil dünyada yüksək pilotajlığı ilə tanınıb.

- Dünyanın ən yaxşı pilotlarından biri olan ukraynalı polkovnik Aleksandr Oksançenko hava döyüşü zamanı həlak olub. O, düşmən təyyarələrini özünə doğru istiqamətləndirirmiş. Ukrayna prezidenti Vladimir Zelenski polkovnik Oksançenkonu ölümündən sonra Ukrayna Qəhrəmanı adına layiq görüb,- məqalədə yazılıb.

“Ağ qartal” ovu: Ukrayna-Polşa böhranının səbəbi nədir?
Qeyd edək ki, Alexander Oksanchenko dünyanın ən yaxşı qırıcı pilotlarından sayılırdı. Onun hesabında 2000-dən çox uçuş saatı var. Üstəlik polkovnik idarə etdiyi qırıcıların uçuşları zamanı ən çətin elementləri qüsursuz yerinə yetirməsi ilə ad çıxarıbmış.

O, daha çox hava şouları olan SIAF, "The Royal International Air Tattoo", "International Airshow-2017", "Czech International Air Fest"-də nümunəvi çıxışlarından sonra məşhurlaşıb.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bir neçə gün öncə ölkə əhalisinə müraciət edərək Ukraynanın Donbas ərazisində xüsusi hərbi əməliyyat keçirməklə bağlı qərar verdiyini açıqlayıb. Putin ukraynalı hərbçiləri dərhal silahlarını yerə qoymağa və evlərinə getməyə çağırıb. Onun sözlərinə görə, mövcud şərait Rusiyadan qəti addım tələb edir. Rusiya prezidenti həmçinin xarici ölkələrə müraciətlə söyləyib ki, "Kim kənardan qarışsa, elə cavab verəcəyik ki, belə cavabı tarixinizdə heç vaxt görməmisiniz. Bunun üçün artıq bütün qərarlar qəbul edilib. Biz hadisələrin istənilən inkişafına hazırıq. Ümid edirəm ki, məni eşitdiniz!".

Donbasla bağlı qərar verilməsinə baxmayaraq rus hərbçiləri bir sıra Ukrayna ərazilərinə daxil olub. Artıq bir neçə gündür ki, Ukraynanın əksər bölgələrində ağır döyüşlər gedir. Kiyev ətrafında hərbi əməliyyatların aparılmasına dair görüntülər yayılsa da, ölkə rəhbərliyi paytaxta tam gücüylə nəzarət etdiklərini, diversantların qarşısını aldıqlarını bəyan edirlər.


Tural Tağıyev
AzVision.az




Teqlər: Ukrayna   Pilot  



Xəbər lenti